Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsində elm və təhsil ciddi şəkildə bir-birini tamamlayır. Fakültədə 12 kafedra, 1 mərkəz və Hüquq Klinikası fəaliyyət göstərir.
QHT.az xəbər verir ki, Hüquq fakültəsində bakalavriatura pilləsində təhsil “Hüquqşünaslıq” ixtisası üzrə əyani və qiyabi təhsilalma formasında həyata keçirilir.
Fakültədə Dövlət və hüquq nəzəriyyəsi və tarixi, Konstitusiya hüququ, Cinayət hüququ və kriminologiya, Cinayət prosesi, Kriminalistika və məhkəmə ekspertizası, Əmək və ekologiya hüququ, Mülki hüquq, Mülki proses və kommersiya hüququ, İnsan hüquqları və informasiya hüququ UNESCO, Beynəlxalq ümumi hüquq, Beynəlxalq xüsusi hüquq və Avropa hüququ, Əqli mülkiyyət hüququ kafedraları fəaliyyət göstərir.
Fakültədə tədris Azərbaycan, rus və ingilis dillərində aparılır.












