Təhsil İşçilərinin Həmrəyliyi Alyansının (TİHA) sədri, təhsil eksperti Əmrah Həsənli QHT.az-a verdiyi açıqlamada bildirdi ki, dövlətimiz Qarabağ Universitetinin yenidən qurulması istiqamətində addımları mərhələli və strateji yanaşma ilə həyata keçirir.
Onun sözlərinə görə, ilkin mərhələdə universitet dayanıqlı milli təhsil platforması kimi fəaliyyətə başlayacaq, daha sonra isə dil və mədəni müxtəlifliyi əks etdirən, beynəlxalq səviyyədə rəqabətədavamlı ali təhsil müəssisəsinə çevriləcək:
"Bu, eyni zamanda bölgədə multikultural dəyərlərin təşviqi, tələbə mübadilələrinin artırılması və diplomatik yumşaq güc aləti kimi təhsildən istifadəyə xidmət edir. Qısaca desək, dövlətimizin bölgədə təhsili yalnız yenidən qurmaq deyil, onu strateji bir vasitəyə çevirmək kimi böyük bir vizyonu var və bu vizyonun tərkibində xarici dillərdə tədrisin genişləndirilməsi də zamanla öz yerini alacaqdır".
Pərvanə Fərhadqızı












