“Regional İnkişaf” İctimai Birliyi tərəfindən gənclərin fərdi inkişafına və peşəkar bacarıqlarının artırılmasına dəstək məqsədilə təşkil olunan “Könüllülər üçün Yay Təcrübə Proqramı – 2025” layihəsi çərçivəsində təqdimatlar davam edir.

QHT.az xəbər verir ki, proqram çərçivəsində keçirilən növbəti görüş zamanı iştirakçılar üçün “Natiqlik sənəti və təqdimat” mövzusunda təlim təşkil olunub. Təlim zamanı iştirakçılarla mövzu ətrafında fikir mübadiləsi aparılıb, həmçinin onlar fərdi şəkildə praktiki tapşırıqları yerinə yetiriblər.

Təlimdə gənclərin səhnə qorxusunu aradan qaldırmaq, auditoriya ilə düzgün əlaqə qurmaq, diqqəti cəlb etmə texnikalarını mənimsəmək və effektiv çıxış bacarıqlarını inkişaf etdirmək barədə məlumat verilib.

Xatırladaq ki, layihənin məqsədi gənclərə müxtəlif istiqamətlərdə - idarəetmə, layihələrin təşkili, ictimai fəaliyyət və kommunikasiya sahələrində real iş təcrübəsi qazandırmaq, onların gələcək peşə fəaliyyətinə töhfə verməkdir.