5 avqust 2025-ci il tarixində "XANƏDAN" etno-restoranında dünya şöhrətli restorator və usta aşpaz, "TAŞPAKON"-un vitse-prezidenti, əfsanəvi türk sənətkarı Mehmet Sait Önder Dövlət Məşğulluq Agentliyinin AMKA-dakı “aşpaz” və “qənnadçı” ilk peşə kurslarının müdavimlərinə dərs və usta sinifləri keçdi.
QHT.az xəbər verir ki, bişirdiyi yeməklər arasında “Şaftalı kababı” xüsusilə maraq doğurdu. Qeyd edək ki, bu kababda şaftalı istifadə edilmir. Bu yeməyin Fransadan Türkiyəyə gəldiyi deyilir. Lakin onun adı, tarixi və etnoqrafiyası hələ də tədqiq olunmalıdır.
Usta aşpaza diplom və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi ilə 2022-ci ildə nəşr olunmuş “Qarabağ Mətbəxinin İnciləri” kitabı AMKA tərəfindən təqdim olundu.












