Noyabrın 4-ü Ədliyyə Nazirliyi yanında İctimai Şura üzvlərinin Ədliyyə Nazirliyinin və Azərbaycan Bələdiyyələrinin Milli Assossasiyalarının nümayəndələri ilə görüşü olub.
Bu barədə Azərbaycan Milli QHT Forumunun prezidenti Rauf Zeyni QHT.az- a açıqlamasında bildirib. O, qeyd edib ki, görüş səmərəli, obyektiv və məhsuldar olub: “Bələdiyyələrlə əməkdaşlığın gücləndirilməsi və Bələdiyyə- QHT münasibətlərinin inkişafı, gələcəkdə Bələdiyyələrin inkişafı ilə bağlı müvafiq tədbirlərin görülməsi, birgə tədbirlərin həyata keçirilməsi, birgə layihələrin icra olunması, QHT-lərlə Bələdiyyələr arasında münasibətlərin gücləndirilməsi, bununla bağlı Milli Bələdiyyə Assossasiyasının rəhbərliyi tərəfindən, həm də İctimai Şuranın üzvləri əhatəli, vacib, məzmunlu və açıq müzakirələr aparıldı. Bu müzakirələrdə təkliflər səsləndirilib, müzakirə olunub və qərar qəbul olundu ki, bu cür tədbirlər bilavasitə həm Bələdiyyələr Assossasiyaları, həm də ayrı-ayrı bələdiyyələrlə bir yerdə keçirilsin, Bələdiyyələrə ziyarətlər olunsun, birgə tədbirlər həyata keçirilsin, bununla əlaqədar yaxşı qərarlar qəbul olundu, icrasına start verildi”.
Rauf Zeyni həmçinin bildirib ki, 2024-cü ildə Bələdiyyələrin yaranmasının 25- illiyi və Bələdiyyə seçkilərinə qədər maarifləndirmə tədbirlərinin keçirilməsi və digər birgə tədbir və layihələrin həyata keçirilməsi, Bələdiyyələrin maliyyələşdirilməsi ilə bağlı milli və beynəlxalq donorların, sponsurların cəlb olunaması müzakirə olundu.
Pərvanə Fərhadqızı












