Sosial və humanitar məsələlərhttps://qht.az/az/xeber/beynelxalq-eliller-cemiyyeti-ictimai-birliyi-dunya-tv-den-biz-sizinleyik-dedi-fotolarAna səhifəXəbərlərSosial və humanitar məsələlərXəbərlər“Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyi “Dünya” TV-dən “Biz sizinləyik” dedi - FOTOLAR16 Avqust 2024, 18:554.370 baxışOxu rejimiSI xülasəSaxla“Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyi (BƏC İB) Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin yardımı ilə "Müharibə əlilləri və şəhid ailələri ilə iş" adlı layihə icra edirdi. QHT.az xəbər verir ki, bu gün layihənin icrasında nəzərdə tutulan “Dünya” TV-də canlı təqdim olunan “Biz sizinləyik” adlı sonuncu televiziya verilişi efirə getdi. BƏC İB İdarə Heyəti üzvü, BDU-nun professoru Allahverdi Məmmədli layihə zamanı həyata keçirilən tədbirlərdən ətraflı danışdı. BƏC İB-in üzvü, şair Mirsəfər Fətiyev şəhidlərə həsr olunmuş şerini söylədi. Verilişdə iştirak edən TƏBİB-in Əlillik Məsələləri üzrə iş şöbəsinin Baş məsləhətçisi Lalə Cəfərova səhiyyə sahəsində əlilliyi olan insanlara və digər imtiyazlı şəxslərə dövlət qayğısından danışdı və onları maraqlandıran sualları cavablandırdı. Layihə rəhbəri və BƏC İB sədri Tahir Xudiyev bildirdi ki, layihə sona çatsa da bu istiqamətdə işlərimiz həmişə davam edir. Həm ictimai birlik, həm də insan kimi belə xeyirxah işlərin görülməsindən zövq alırıq, bizi yaşadan xeyirxah əməllərimizdir. Tahir Xudiyev həm də əhalinin maarifləndirilməsi məqsədi ilə həyata keçirilən bu layihənin icrasında dəstək olan Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə, “Dünya” TV-nin rəhbərliyinə və bütün kollektivinə, BƏC İB ilə daima əməkdaşlıq edən Müdafiə Nazirliyinə, Səhiyyə Nazirliyinə, TƏBİB-ə, Mədəniyyət Nazirliyinə, Elm və Təhsil Nazirliyinə, digər dövlət qurumlarına, BƏC İB-in fəaliyyətində könüllülük əsasında köməklik edən hər bir kəsə təşəkkürünü bildirdi. Layihə müddətində BƏC İB-in əməkdaşları ilə birgə -“Biz sizinləyik”- söyləyən “Dünya” TV-nin istedadlı aparıcısı Xuraman Aydınqızı, eləcə də layihə barədə məlumatı olan şəxslər bu səpkili layihələrin həyata keçirilməsini əhalinin maarifəndirilməsi baxımından çox əhəmiyyətli olduğunu qeyd etdilər. ReklamFotoqalereyaPaylaşBu xəbəri paylaşınqht.az/az/xeber/beynelxalq-eliller-cemiyyeti-ictimai-birliyi-dunya-tv-den-biz-sizinleyik-dedi-fotolarGoogle AI-da araşdırOxumağa davam edinBu mövzudaÇağırışçıların yekun tibbi müayinəsinin aparıldığı Tibbi Qiymətləndirmə Mərkəzinə baxış keçirilibNövbəti oxuFaydalı olmaq istəyi sosial məsuliyyətin təzahürüdür: Neftçalada həssas ailələrə dəstək / FOTOLAR
16 Avqust 2024, 19:52Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudovun Göyçayda vətəndaş qəbulu olub
16 Avqust 2024, 16:00Nərimanov Sosial Xidmət Mərkəzi fəaliyyət göstərdiyi müddətdə 100 uşağa reabilitasiya xidmətləri göstərilib
15 Avqust 2024, 22:25QHT icra etdiyi layihə çərçivəsində Salyan rayonunda sonuncu təlim və sərgi keçirdib - FOTOLAR
15 Avqust 2024, 15:54Ahıl şəxslər üçün sosial xidmət müəssisəsinin 214 sakini dövlət qayğısı ilə əhatə olunur
15 Avqust 2024, 14:08Pensiya ödənişlərinə 456 mln. manat çox olmaqla 3 mlrd. 775 mln. manat yönəldilib
14 Avqust 2024, 21:35“Dərzilik” kursu tamamlandı: Gənc modelyerlər praktiki təcrübəyə göndəriləcək / FOTOLAR