Artıq bir neçə müddətdir Neftçalada Qadınların Sosial İnkişafına Dəstək İctimai Birliyinin təşəbbüsü və Ümid Yolu Xeyriyyə İctimai Birliyinin maliyyə dəstəyi ilə Neftçalada həssas ailələrə dəstək verilir.

QHT.az xəbər verir ki, 15 avqust faydalı günlərdən biri kimi hər iki təşkilatın hesabatında öz əksini tapıb. Belə ki, otuz nəfər həssas ailədən olan qadınların  iştirak etdiyi tədbirdə yemək və çay süfrəsi ilə yanaşı təşkilatların əməkdaşları tərəfindən sosial xidmətlər və sosial xidmətləri icra edən qurumlar haqqında məlumatlandırma aparılıb.

Neftçala rayonu Xıllı qəsəbəsində yaşayan, üç  övladını itirmiş yaşlı və ankoloji xəstə ananın bir aylıq əcza ləvazimatı təmin edilib. Beş nəfər ailə üzvünün yaşadığı qəzalı evin təmirinə başlanılıb. Problemlərlə müraciət edən qadınların ehtiyaclarını qarşılamaq üçün çıxış yolları müzakirə edilib və icra planı hazırlanıb.