Azərbaycan dövlətinin təşviq edilən mediasiya siyasəti nəticəsində ölkəmizdə mediasiyanın inkişafı, mediasiyaya etimad və mübahisələndirilən məsələlər üzrə əldə edilən barışıq sazişlərinin həcmi hər gün artır, keyfiyyət dinamikasında da çox ciddi irəliləyiş var.

QHT.az xəbər verir ki, Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilov bu barədə məlumat verib. O qeyd edib ki, beynəlxalq ekspertlərin rəylərinə görə, Azərbaycanda mövcud mediasiyanın qısa müddətdəki uğurları post-sovet ölkələri sırasında birinci və öncül yerdədir: “Bu sahədə məhz cənab Prezidentimiz İlham Əliyev tərəfindən imzalanan Mediasiya haqqında Azərbaycan Respublikasının Qanunu və digər bütün qanunlar, sərəncamlar, fərmanlar mühüm yer tutur. Bizə dəstək olan onlarla dövlət xadimlərimiz, dövlət qurumlarımız, media, KİV, hüquqşünaslar, vəkillər, hakimlər, hüquq - mühafizə orqanları, təhsil, tibb sektoru, kommersiya sektoru, bank sektoru, bir sözlə, bütün yanımızda olan dostların da böyük əməyi və zəhməti var. Hər kəsə dərin təşəkkür edirəm”.

 

Pərvanə Fərhadqızı