"Bələdiyyə, Resurs və Təlim Mərkəzi" İctimai Birliyi "Məsuliyyətli valideyn ailə dəyərinin təməlidir adlı tədbirlərin təşkili" layihəsinin icrasını başa vurub.

İctimai Birliyin sədri Gülnarə Əmiraslanova bu haqda QHT.az- a məlumat verib. QHT sədri qeyd edib ki, layihədə ailə dəyərlərinin təbliği, valideyn məsuliyyətliliyinin artırılması, qızların təhsildən yayındırılması hallarına qarşı mübarizə və erkən nikahların fəsadları ilə bağlı valideynlərlə maarifləndirici təlimlər keçirilib: “Layihə Samux rayonunun Qarayeri qəsəbəsi, Çobanabdallı və Sərkar kəndlərində yaşayan 300 valideynə dörd mövzu üzrə: 1. Azərbaycanda ailə dəyərləri. 2. Övlad- valideyn münasibəti. 3. Erkən və qohum nikahların fəsadları. 4. Valideyn məsuliyyətliliyi.

Gülnarə Əmiraslanova həmçinin qeyd edib ki, ümumilikdə 12 təlim keçirilib, bundan əlavə layihənin açılış və bağlanış tədbirləri keçirilib: “Adıçəkilən layihə Azərbaycan Respublikasının Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilib. Layihə çərçivəsində görülmüş işlərlə bağlı videoçarx çəkilərək ictimaiyyətə təqdim olunub və valideynlərə mövzu ətrafında bukletlər hazırlanaraq paylanılıb”.

 

Pərvanə Fərhadqızı