Böyük Britaniya hökumətinin Sülh, Sabitlik və Təhlükəsizlik Fondunun dəstəyi ilə həyata keçirilən NextGen Bərpa Həlləri və İnsan Mobilliyi layihəsi çərçivəsində, BMTİP Azərbaycan minalanmış sahədə imitasiya edilən qəza zamanı zərərçəkənlərin təxliyəsi üzrə təlim keçirib.
QHT.az xəbər verir ki, komanda üzvlərinin hazırlığı və ilkin müdaxilə, zərərçəkənin xərəyə qoyulması, təcili yardım maşınına çatdırılması və oradaca tibbi yardımın göstərilməsinin qiymətləndirilməsi məqsədilə BMTIP eksperti həkim tərəfindən təcili tibbi müdaxilə üçün simulyasiya edilmiş zərərçəkmişi təhlükəsiz əraziyə aparan komanda üzvlərini müşahidə edib.
Qeyd edək ki, bu tədbirlər, minalanmış ərazilərdə tibbi yardım təminatının sürətli və təhlükəsiz şəkildə aparılmasına nail olmaq üçün təcrübə və bacarıqları artırmağa nail olacaq.
R. İmanov












