Dekabrın 20-də MDB PA-nın Demokratiyanın, parlamentarizmin inkişafının və vətəndaşların seçki hüquqlarına riayət olunmasının monitorinqi beynəlxalq İnstitutunun (DİMBİ) Bakı filialının təşkilatçılığı ilə “Dövlət gənclər siyasəti vətəndaş cəmiyyətinin inkişaf amili kimi” adlı konfrans keçirilib.
QHT.az xəbər verir ki, millət vəkillərinin, müxtəlif dövlət qurumları və QHT nümayəndələrinin, bir sıra ali təhsil müəssisələrindən olan professor və müəllimlərin qatıldığı tədbirdə “Regional İnkişaf” İctimai Birliyinin əməkdaşı Namiq İbrahimli də iştirak edib.
Konfransda Azərbaycanda dövlət gənclər siyasətinin, gənclərin ölkənin ictimai-siyasi, sosial-mədəni həyatında iştirakının, həmçinin demokratiyanın mövcudluğunun əsas şərtlərindən olan vətəndaş cəmiyyətinin formalaşmasında gənclərin rolunun öyrənilməsi istiqamətində çıxışlar dinlənilib, fikir mübadiləsi aparılıb.
R.İmanov












