“Vərəmsiz Gələcəyə Doğru” İctimai Birliyinin sədri bizimlə səmimi söhbət etdi. Bu müsahibədə siz Çingiz Ramazanlının rəhbərliyi altında təşkilatın gələcək planları, strategiyaları, missiyası, şəxsi perspektivləri, sosial və ictimai sahələrdə təşkilatın göstərdiyi fəaliyyətlər haqqında məlumat əldə edəcəksiniz.

QHT.az müsahibəni sizə təqdim edir.

 

- Salam Çingiz müəllim. Zəhmət olmasa suallarımızı cavablandırardınız. Mövcud fəaliyyətləriniz nələrdən ibarətdir?

 

 - Salam. Hər vaxtınız xeyir Pərvanə xanım. Deməli, “Vərəmsiz Gələcəyə Doğru” İctimai Birliyi 2017-ci ildən fəaliyyət göstərir. Fəaliyyəti nizamnaməsinə əsasən, bütün Azərbaycanı əhatə edir. Fəaliyyət istiqamətinə əsasən dövlət strukturlarına vərəm və digər infeksion xəsətliklərlə mübarizədə kömək göstərmək, sağlam həyat yönümlü və vərəmdən azad dünya istiqamətli maarifləndirmə işini təbliğ etməkdir.

 

- Təşkilatınızın missiyası, məqsədləri, əsas nailiyyətləri hansılardır?

 

- "Biz insanlara yox, insanlığa xidmət edirik”. Məramımız: “Sağlam gələcək naminə hamılıqla birləşək, vərəmə qalib gələk”. Təşkilat vərəmin təsirinə məruz qalmış insanların üzləşdikləri sosial problemlərin həlli ilə bağlı dövlət və beynlxalq strukturları ilə əlaqələr quraraq fəaliyyət göstərir. Belə ki, qarşılıqlı əməkdaşlıq və nümayəndəlik memorandumu çərçivəsində TB PEOPLE Vərəmin Təsirinə Məruz Qalmış İnsanların Qlobal Şəbəkəsi TB PEOPLE-nin Azərbaycandakı nümayəndəsi olaraq bu qurumla birgə vərəmdən təsirlənmiş insanların hüququları barədə maarifləndirmə işi fəaliyyətlərin həyata keçirir. Beynəlxalq Qızıl Xaç Komtəsi ilə əməkdaşlıq memorandumu çərçivəsində cəzaçəkmə müəssisələrində məhkumluq həyatı yaşayan insanların ailələrinə dəstək proqramı ilə birgə çlışır və cəzaçəkmə müəssisəsindən azad olunmuş insanların sosial həyata reinteqrasiyasına kömək edir.   Ölkənin ilk milli donoru QHT na Dövlət Dəstəyi Agentliyinin maliyyəsi ilə ardıcıl olaraq vərəm ilə düzgün mübarizənin və sağlam həyat tərzinin təbliği istiqamətli maarifləndirmə işləri icra edir.

 

- Gələcək aylar və illər üçün planlaşdırılmış tədbirləriniz nələrdən ibarətdir?

 

- Gələcək aylar və illər üçün əsasən təşkilatın strateji planına uyğun olaraq maarifləndirmə işinin daha irimiqyaslı olmasına davam etmək, beynəlxlaq qurumlarla əməkdaşlığın vərəmin ləğvində vətəndaş cəmiyyətinin köməyi cərəyanını möhkəmləndirmək, vərəmdən əziyyət çəkmiş insanlara sosial yardımların mahiyyətini və bu xidmətlərə düzgün çıxış təmin olunmasını başa salmaq, eləcə də vərəm müalicəsi aparılan müalicə müəssisəslərində vətəndaş cəmiyyəti monitorinqlərinin  aparılmasını təşkil etməkdir.

 

- Təşkilatınızın istiqamətləri və məqsədləri hansılardır?

 

- Təşkilatımız cəmiyyətin marginal qruplarına sağlamlığın təbliği, stiqma miflərindən azad olmaq, vərəmin müalicəsində müalicəyə sadiqiliyin ön planda olaraq sağalmağa doğru ən düzgün yol devizi ilə təsiri və vərəmdən əziyyət çəkmiş insanların cəmiyyətdə mövqeyinin, onların hüquqlarının qorunması istiqamətində sosial inkişafının möhkəmləndirilməsinin vacibliyini aşıladır. Ölkənin və cəmiyyətin bütün sosial məsələlərinin həllində vətəndaş cəmiyyəti institutu kimi yaxından iştirak edərək bilavasitə aidiyyatı sahələrdə ön cərgələrdə olaraq daima bütün heyəti ilə vərəmin təsirindən əziyyət çəkən marginal qrupların, onların ailə üzvlərinin yanındadır. Mülaicənin daha qısa yollarının təbliği əsas istiqamətlərimizdən olaraq qalmaqdadır.

 

- QHT.az adından dəyərli vaxtınızı ayırdığınız və dəyərli məlumatlarınızı bizimlə bölüşdüyünüz üçün Sizə dərin minnətdarlığımızı bildiririk.

 

 - Buyurun, oldu. Siz sağ olun.

 

 

Pərvanə Fərhadqızı

QHT.az