Muğlanın Bodrum rayonunda keçirilən narkotik əməliyyatında nəzarətə alınan 5 şübhəlidən 4-ü həbs edilib.
QHT.az xəbər verir ki, Bölgə Təhlükəsizlik Müdirliyi Narkotik Cinayətlərlə Mübarizə Şöbəsinin qrupları şəhərdə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin tutulması üçün işlərə başlayıb.
Müəyyən edilmiş ünvanlarda keçirilən əməliyyatda müxtəlif miqdarda narkotik və silah-sursat ələ keçirilib.
Əməliyyatda nəzarətə alınan 5 şübhəlidən 4-ü sövq edildikləri Sülh Cəza Hakimliyi tərəfindən həbs edilib, 1-i isə sərbəst buraxılıb.












