Qonaqlara Vətən müharibəsi barədə ətraflı məlumat verilib

QHT.az xəbər verir ki, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin və ZƏFƏR Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə Azərbaycanda səfərdə olan Bosniya və Herseqovinanının QHT nümayəndələri şəhid ailələri, veteranlar və hərbi yönümlü QHT nümayəndələri ilə görüşüblər.

Görüşdə Agentliyin İcraçı direktoru Aygün Əliyeva, ZƏFƏR Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri, şəhid ailələri və digər qurum nümayəndələri iştirak ediblər.

Tədbirdə QHT sədrləri, Şəhid xanımları və Xocalı soyqırımının şahidləri qonaqlara Ermənistanın Azərbaycana təcavüzü nəticəsində yaşananlar barədə məlumat veriblər.