Xəbər verdiyimiz kimi Nazirlər Kabineti “Şuşa İli” ilə bağlı Tədbirlər Planı”nı təsdiq edib. Tədbirlər Planında nəzərdə tutulan tədbirlər Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində aidiyyəti icraçı qurumlar üçün ayrılan vəsaitlər və qanunvericiliklə qadağan olunmayan digər mənbələr hesabına həyata keçiriləcək.

 

Fəaliyyət planına diqqət etdikə bəzi fəaliyyətlərin həyata keçirilməsinə QHT-lərin birbaşa cəlb olunacağını qeyd etmək olar. Fəaliyyət planında icraçı orqan kimi səlahiyyətləndirlən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və  Azərbaycan Gənclər Fondunun həyata keçiriəcəyi fəaliyyətlərin əksəriyyətinin QHT-lərlə əməkdaşlqıda həyata keçiriləcəyini ehtimal olar. Amma bəzi fəaliyyətlərin müvafiq qurumlar tərəfindən birbaşa da həyata keçirilməsi ehtimalı var.

 

QHT.az saytı icraçı orqan kimi səlahiyyətləndirlən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və  Azərbaycan Gənclər Fondu ilə bağlı fəaliyyətləri təqdim edir.

Mədəni-kütləvi və idman tədbirləri üzrə

1. Yerli və xarici incəsənət və ədəbiyyat xadimlərinin, KİV nümayəndələrinin, təhsil müəssisələri kollektivlərinin, blogerlərin, Azərbaycanda keçiriləcək müxtəlif beynəlxalq tədbirlərin iştirakçılarının Şuşa şəhərinə səfərlərinin təşkili, Şuşada yay məktəblərinin, gənclər və könüllülər düşərgələrinin keçirilməsi.

İcraçılar sırasında həmçinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi,  Azərbaycan Gənclər Fondu da var.

 

2. “Şuşa İli”nə həsr edilmiş və Şuşada keçirilməsi nəzərdə tutulan layihələr üzrə qrant müsabiqələrinin keçirilməsi.

Bu fəaliyyət Azərbaycan Gənclər Fondu və Azərbaycan Respublikasının Qeyri-Hökumət Dövlət Dəstəyi Agentliyinə həvalə olunub.

 

3. Yerli və xarici mütəxəssislərin iştirakı ilə Şuşaya həsr olunmuş elmi tədqiqat işlərinin aparılması, məqalə, elmi əsər, monoqrafiya, antologiyaların və s. nəşr olunması.

İcraçılar sırasında həmçinin Azərbaycan Gənclər Fondu da var.

 

4. Şuşaya həsr olunmuş audiovizual və çap materiallarının, promo məhsulların, suvenirlərin hazırlanması.

İcraçılar sırasında həmçinin Azərbaycan Gənclər Fondu da var.

 

“Şuşa İli”nin beynəlxalq səviyyədə təbliği ilə əlaqədar tədbirlər bölməsi üzrə

5. Azərbaycanda və xarici ölkələrdə, o cümlədən beynəlxalq təşkilatların mənzil qərargahlarında “Şuşa İli”nə həsr olunmuş tədbirlərin, elmi konfrans, simpoziumların keçirilməsi və təbliğat xarakterli işlərin görülməsi .

İcraçılar sırasında həmçinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi,  Azərbaycan Gənclər Fondu da var.