Sloveniyalı Nova Qoritsa və alman Xemnits bu fəxri adı almağa hazırlaşır.
QHT.az xəbər verir ki, Avropa Komissiyası hər il bir neçə şəhəri Mədəniyyət Paytaxtı seçərək onların mədəni inkişafını və turist axınını təşviq edir. 2025-ci ildə bu titul Nova Qoritsa (Sloveniya) və Xemnits (Almaniya) şəhərlərinə verilib. Nova Qoritsa 1947-ci ildə İtaliya ilə Yuqoslaviya arasında sərhəd müəyyən edildikdən sonra yaranıb. Şəhər, Julian Alp dağlarının yaxınlığında, gəzinti və mənzərə həvəskarları üçün cəlbedicidir.
Xemnits, Almaniyanın şərqində yerləşən qədim sənaye mərkəzidir. İkinci Dünya Müharibəsindən sonra "Karl-Marks-Ştadt" adlanmış, 1990-cı illərdə isə tarixi adına qayıtmışdır. Hal-hazırda şəhər müasir memarlığı və mədəni irsi ilə tanınır. Gələcəkdə Avropanın Mədəniyyət Paytaxtları arasında Trencin (Slovakiya), Liepaja (Latviya), və Lublin (Polşa) kimi şəhərlər də olacaq. 2030-cu ildən isə bu titula namizəd ölkələrdən şəhərlər də qoşulacaq.
R.İmanov












