İz Mədəniyyətin İnkişafına Dəstək İctimai Birliyinin sədri Fəridə Mirişova bildirib ki, təşkilat yarandığı gündən maddi və qeyri-maddi mədəni irsin qorunması və inkişaf etdirilməsi istiqamətində fəaliyyət göstərir.
QHT.az xəbər verir ki, 2025-ci ildə də bu prioriteti əsas götürən birlik, mədəni dəyərlərimizin qorunması və dünyada təbliği ilə bağlı genişmiqyaslı layihələr həyata keçirməyi planlaşdırır. QHT sədri qeyd edib ki, yaradıcı layihələrin icrası Azərbaycanın mədəni irsinin beynəlxalq səviyyədə tanınmasına və dəyərləndirilməsinə töhfə verəcək.
"Biz inanırıq ki, 2025-ci il bizim üçün uğurlu olacaq və mədəniyyətimizin daha geniş miqyasda tanınmasına şərait yaradacaq," - deyə Fəridə Mirişova vurğulayıb.
Təşkilatın planları, mədəni irsin gələcək nəsillərə çatdırılması və bu irsin dəyərini dünyaya nümayiş etdirmək məqsədini daşıyır.
Pərvanə Fərhadqızı












