"Tarix sahəsində Maarifləndirməyə Dəstək" İctimai Birliyinin sədri Kənan Məmmədov tarixin insan həyatında oynadığı mühüm rol haqqında fikirlərini bölüşüb. O bildirib ki, hər bir vətəndaş tarixçi olmalı, öz tarixini bilməli və tarixi hadisələri araşdırmalıdır:
"Tarix insanların və bəşəriyyətin keçdiyi inkişaf yolunu öyrənir, mədəniyyəti və mədəniyyətlərarası mübadilələri araşdırır. Bu biliklər, vətəndaşlara dünyanı daha yaxşı başa düşmək və tarixi hadisələrdən dərslər almaq imkanı verir."
QHT sədri xüsusilə Çar Rusiyası dövründə Azərbaycanın keçmişindən bəhs edərək, 20-ci əsrin əvvəllərində Bakının böyük fəhlə tətil hərəkətinin mərkəzinə çevrildiyini vurğulayıb:
"Çar Rusiyası o dövrdə Bakıda işləyən erməni və azərbaycanlı fəhlələr arasında nifaq salmaq siyasəti yürüdürdü. Fəhlə həmrəyliyi, milli qırğın siyasətinə çevrilirdi. Bu, tarixdən öyrənilməsi vacib olan mühüm bir dərsdir."
Kənan Məmmədov əlavə edib ki, müharibələr və qarşıdurmalar bəşəriyyətə böyük ziyan vurur və bu cür hadisələrin təkrarlanmaması üçün tarixdən düzgün nəticələr çıxarılmalıdır. Onun fikrincə, tarixin öyrənilməsi insanların gələcəkdə sülh və həmrəylik içində yaşamasına töhfə verə bilər.
Daha ətraflı videoda:
Pərvanə Fərhadqızı












