“Bullinqə birlikdə “Son” deyək!”  layihəsi Neftçala rayonu Xıllı qəsəbə 1 saylı tam orta məktəbində icra olunub. Bir açılış tədbiri, 3 qızlar arasında, 3 oğlanlar arasında, bir icma üzvləri valideynlərlə təlimlər icra olunub. Yekun 120 nəfərin iştirakı ilə Konfrans keçirilib. Konfrans panel müzakirələrlə davam edib. Müzakirələrdə yeniyetmələr, müəllimlər və valideynlər iştirak edib. Bullinqlə bağlı səsləndirilən müxtəlif fikirlər Tədbirlər Planının hazırlanması üçün istifadə olunub.

QHT.az xəbər verir ki, layihə fəaliyyətlərini mentor Azərbaycan Uşaqlar Birliyi, Uşaq Sığınacağı-Reinteqrasiya Mərkəzinin direktoru Kəmalə Ağazadə, təlimçi Neftçalada Qadınların Sosial İnkişafına Dəstək İctimai Birliyinin sədri Gülqədəm Mirzəzadə, psixoloq Təranə Mehtiyeva və sosialoq Mətanət Quliyeva icra edib.

Qeyd edək ki, “Bullinqə birlikdə “Son” deyək!” layihəsinin müəllifi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə VII qrant müsabiqəsinin qalibi Günay Nağıyevadır.

 

 

R.İmanov