Çanaqqalanın Ayvacık mahalı sahillərində balıqçı qayığı ilə xaricə getməyə çalışan 122 qeyri-qanuni miqrantla qaçışı təşkil etdiyi iddia edilən iki şübhəli yaxalanıb.
QHT.az xəbər verir ki, Sahil Mühafizəsi Komandanlığının internet saytında yer alan açıqlamaya görə, Ayvacık'ın Bababurnu sahili yaxınlığında İtaliya marşrutu istiqamətində hərəkət edən balıqçı qayığında nizamsız miqrantların olması xəbəri üzərinə Sahil Mühafizəsi Şimali Ege Qrup Komandanlığı qrupları hərəkətə keçib.
Bir müddət təqib edilən qayıq manevrlər edərək “dayan” xəbərdarlığına əməl etməyərək qaçmağa çalışıb.
Əməliyyat “TCSG-61” və “TCSG-81” gəmiləri, “TCSG-907” və “TCSG-908” katerləri ilə həyata keçirilib.
Əməliyyatda müxtəlif ölkələrdən gələn 122 qeyri-qanuni miqrant tutularaq sahilə çıxarılıb.
Həmin şəxslər Ayvacık Əcnəbilərin Götürülmə Mərkəzinə aparılıb.
Qayıqda olan iki şübhəli immiqrantları qaçaqmalçılıq yolu ilə keçirdikləri iddiası ilə saxlanılıb.












