Cənubi Afrika Respublikasında Rusiya Federasiyasına silah tədarükü iddiaları ilə bağlı araşdırma apardıqlarını açıqlayıblar.

QHT.az xəbər verir ki, Cənubi Afrika prezidenti Siril Ramafosa xalqa müraciətində silah transferinə dair heç bir dəlil tapmadıqlarını bildirib. "Rusiyaya silah tədarükü ilə bağlı ittihamların heç biri təsdiqini tapmayıb. Silahların ixracına heç bir icazə verilməyib və heç bir silah ixrac edilməyib".

Qeyd edək ki, söhbət Amerika Birləşmiş Ştatlarının "Cənubi Afrika ABŞ-ın sanksiyaları altında olan Rusiyanın “Lady R” gəmisinə silah ötürdüyü" ittihamlarından gedir.

 

Pərvanə Fərhadqızı