Sentyabrın 4-də BMT-nin “İnsan hüquqlarının təşviqi və müdafiəsində yaxşı idarəetmənin rolu” mövzusunda ekspert görüşü müzakirələri Cenevrədəki Millətlər Sarayında onlayn görüş keçirilib.
QHT.az xəbər verir ki, panel diskussiya iştirakçıları rəqəmsal məlumatlılığın təşviqi və artırılması yolu ilə yaxşı idarəetmənin rolunu müzakirə ediblər.
“Hüquqi Təhlil və Araşdırma” İctimai Birliyinin sədri Ramil İskəndərli tədbirə onlayn qaydada qoşularaq, korrupsiyanın azaldılması və aradan qaldırılması istiqamətində Azərbaycanda rəqəmsal informasiya və texnologiyalardan istifadə imkanlarından danışıb: “Rəqəmsal dövlət xidmətləri Azərbaycanda korrupsiyanın azaldılmasına əhəmiyyətli təsir göstərir, çünki onlar hökumət əməliyyatlarında şəffaflığı, səmərəliliyi və hesabatlılığı təşviq edir. Azərbaycanın ictimai xidmətlərinin göstərilməsi mərkəzi olan “ASAN xidmət” Birləşmiş Millətlər Təşkilatının İctimai Xidmətləri Mükafatına layiq görülüb. İctimai xidmətlərin göstərilməsi zamanı şəxslərarası azaldılmış qarşılıqlı əlaqə çox vacibdir. Azərbaycanda rəqəmsal xidmətlər vətəndaşlarla dövlət məmurları arasında üzbəüz qarşılıqlı əlaqəni minimuma endirib, bu da korrupsiya imkanlarını aradan qaldırır. Rəqəmsal ictimai xidmətləri inzibati prosesləri sadələşdirərək onları daha səmərəli və daha az bürokratik meylli edə bilər. Xidmətlər daha tez və lüzumsuz gecikmələr olmadan çatdırıldıqda, vətəndaşların müraciətlərini sürətləndirir. Rəqəmsal hökumətin əsas üstünlükləri hökumət üçün, müasir texnologiyalardan geniş istifadə etməklə dövlət orqanlarının fəaliyyətinin rasionallığının artırılması, vətəndaşlar üçün, dövlət idarəçiliyində vətəndaşların fəal iştirakı, vətəndaşlarla dövlət orqanları arasında ünsiyyətin sadələşdirilməsi, bu ünsiyyətin daha əlçatan və çevik olması, biznes sektoru üçün, dövlət qurumları ilə əlaqələrin rasional və operativ qurulması, xərclərin azaldılmasıdır”.
Pərvanə Fərhadqızı












