ABŞ-ın Nevada ştatında keçirilən dünyaca məşhur “Burning Man” festivalının iştirakçıları hava şəraiti səbəbindən festival ərazisində qapalı qalıblar.

QHT.az xəbər verir ki, Qara Qaya səhrasında baş tutan və təxminən 70 min insanın qatıldığı festivalın ötən gün başlayan leysan yağışları nəticəsində qum döşəməsi palçığa çevrildiyi zaman əraziyə giriş-çıxışa məhdudiyyət qoyulub. Təşkilatçılar iştirakçıları döşəmə quruyana qədər nəqliyyat vasitələrindən istifadə etməməyə, qida və içkilərdən az istifadə etməyə çağırıb. Bildirilib ki, ərazini nəqliyyat vasitəsi olmadan tərk etmək istəyənlər ən yaxın yola qədər təxminən 8 kilometr piyada gedə bilərlər. Güclü yağışın davam edəcəyi gözlənilsə də, avtomobillərin yenidən hərəkət etməsi üçün yolların qurumasının bir neçə gün çəkə biləcəyi qeyd edilib.

 

 

Pərvanə Fərhadqızı