Sem Altman qeyd edib ki, super zəkanın ortaya çıxması insanlara pis bir şey gətirməyəcək.

QHT.az xəbər verir ki, ChatGPT-ni yaradan OpenAI şirkətinin baş direktoru Sam Altman öz bloqunda yaxın bir neçə min gündə bəşəriyyətin super intellektin yaranması ilə üzləşəcəyini söylədi. Onun fikrincə, bu, qaranlıq texnoloji gələcəyə deyil, “ortaq rifah” dövrünə gətirib çıxaracaq. Altman qeyd edib ki, super zəkanın inkişafı onun gözlədiyindən daha uzun çəkə bilər, lakin bu, yalnız zaman məsələsidir. O, yaxın gələcəkdə insanların əcdadlarımızın sehr hesab etdiyi şeyləri edə biləcəklərini proqnozlaşdırır. Onun sözlərinə görə, bu qabiliyyət genetik dəyişikliklərin nəticəsi olmayacaq, cəmiyyətin hər bir fərddən daha ağıllı və daha səmərəli olması nəticəsində yaranacaq ki, bu da kollektiv intellektin bir forması sayıla bilər. Altman hesab edir ki, süni intellekt ən mürəkkəb problemləri həll etməyə qadir olacaq və bəşəriyyət üçün parlaq gələcəyə yol açacaq.

Gələcəkdə hər bir insanın gündəlik işlərinin öhdəsindən gəlməyə kömək edəcək “şəxsi AI komandası” olacaq və “virtual ekspertlər” həyatımızı asanlaşdıracaq. Virtual repetitorlar hər bir uşağın ehtiyaclarına uyğunlaşaraq öyrənmə çətinliklərini aradan qaldıracaqlar. Hər kəs keyfiyyətli təhsil və lazımi bacarıqlar əldə edə biləcək ki, bu da müxtəlif peşələrin olduğu dünyada uğur qazanmağı təmin edəcək və görünməmiş rifaha gətirib çıxaracaq.

 

Pərvanə Fərhadqızı