"Yeni Həyat" Humanitar və Sosial Dayaq İctimai Birliyi tərəfindən hazırlanan video-çarx, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə icra olunan “Erkən nikahın fəsadları” layihəsi çərçivəsində təqdim olunur.

QHT.az xəbər verir ki, bu video-çarxda erkən nikahın gənclərə, ailələrə və cəmiyyətə təsiri geniş şəkildə müzakirə edilir. Layihənin məqsədi, erkən nikahın gətirdiyi sosial, psixoloji və fiziki fəsadlar barədə cəmiyyətdə maarifləndirmə aparmaqdır. Videoda yer alan fikirlər və mülahizələr müəllifə aiddir və bu, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər. Cəmiyyətin bu mühüm məsələyə diqqətini artırmağı hədəfləyən video, gənclərin sağlam inkişafına dəstək olmağı, eyni zamanda erkən nikahların fəsadlarına qarşı mübarizəni gücləndirməyi məqsəd qoyur.

Video-çarxın izlənilməsi, gənclərin, ailələrin və mütəxəssislərin bu məsələ ilə bağlı məlumatlandırılmasına xidmət edir.

Pərvanə Fərhadqızı