Çin Elmlər Akademiyasının Plazma Fizikası İnstitutunun alimləri tam superkeçirici maqnit yaradaraq 35,1 Tesla gücündə rekord maqnit sahəsi əldə ediblər. Bu göstərici Yerin qlobal maqnit sahəsindən 700 min dəfə güclüdür və yarım saat sabit saxlanılıb.

QHT.az xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, yeni texnologiya aerokosmik mühərriklərdən tutmuş enerji ötürülməsi, MRT və nüvə sintezinə qədər bir çox sahədə tətbiq oluna bilər. Daha güclü nəticə əldə etmək üçün alimlər aşağı temperaturlu maqnitləri yüksək temperaturda işləyənlərlə birləşdiriblər.

Superkeçirici maqnitlər hazırda MRT aparatlarında, hissəcik sürətləndiricilərində və eksperimental füzyon reaktorlarında istifadə olunur. Yeni rekord isə gələcəkdə nüvə sintezini idarə etməyə və faktiki olaraq tükənməz enerji mənbəyi yaratmağa imkan verə bilər.

 

 

R.İmanov