Moda mütəxəssisləri modaçılara orijinal moda ideyaları axtarırlarsa, bu şəhərləri yadda saxlamağı tövsiyə edirlər.
QHT.az xəbər verir ki, Milan, Paris, Nyu-York və London hələ də moda gündəmini müəyyən etsə də, bir çox dizayner və stilistlər artıq dünyanın “gizli moda mərkəzlərindən” ilham alır. Skyscanner-in stilist Sita Abeyian ilə birgə hazırladığı siyahıya 11 şəhər daxildir:
-
Mərakeş – Yves Saint Laurent-in ilham mənbəyi olan şəhər dəri məmulatları və rəngli bazarları ilə seçilir.
-
Dakar, Seneqal – Afrika moda həftəsinin mərkəzi, ənənəvi və müasir üslubların sintezi.
-
Akra, Qana – Canlı kente toxuculuğu və cəsarətli dizaynları ilə fərqlənir.
-
Buenos Ayres, Argentina – “Cənubi Amerikanın Parisi” müstəqil məhəllə üslubu ilə məşhurdur.
-
Mexiko City, Meksika – Frida Kahlo ruhunu daşıyan fərdiyyətçi moda.
-
Tokio, Yaponiya – Dünyanın küçə geyimləri mərkəzi.
-
İstanbul, Türkiyə – Qapalı Çarşıdan müasir küçə tərzinə uzanan zəngin ənənə.
-
Tbilisi, Gürcüstan – Demna Qvasaliyanın təsiri ilə moda səhnəsinə yüksəlib.
-
Kopenhagen, Danimarka – Rahat və funksional üslubun paytaxtı.
-
Krakov, Polşa – Minimalizm və davamlı moda nümunələri ilə tanınır.
-
Berlin, Almaniya – Klub mədəniyyəti və alternativ geyim tərzlərinin beşiyi.
Bu şəhərlər ənənə, yaradıcılıq və fərdiliyi birləşdirərək qlobal modaya yeni nəfəs gətirir.
R.İmanov












