Çində “sıfır kovid” siyasətindən imtina və məhdudiyyətlərin götürülməsi nəticəsində yaranan epidemiya böhranı getdikcə artır.

QHT.az xəbər verir ki, ölkədə COVID-19 ilə bağlı hallar və ölüm artsa da, rəsmi məlumatlar açıqlanmadığından fəlakətin ölçüsünü dəqiq proqnozlaşdırmaq mümkün deyil. Ölkənin bəzi ştatlarında qeyri-rəsmi məlumatlara görə hər gün 1 milyon hadisənin qeydə alındığı bildirilir.

Buna baxmayaraq, Çin ictimaiyyətin böyük reaksiyasına səbəb olan sərt məhdudlaşdırıcı tədbirləri yenidən tətbiq etməməkdə qərarlıdır. Faktiki olaraq, pandemiyanın başlanğıcından dayandırılan viza və pasport prosedurları yenidən bərpa olunur. Çində Yeni ili və 21 Yanvar bayramı öncəsi bir çox insan xaricdə istirahət etməyi planlaşdırır, dünya isə Çindən yayılacaq yeni epidemiya dalğasından narahatdır. Bu səbəbdən Yaponiya, Hindistan, İtaliya, Tayvan və nəhayət ABŞ Çindən gələn səyahətçilər üçün COVID-19 test tələbini geri qaytardı.

İtaliyada səlahiyyətlilər dekabrın 26-da Milan Malpensa hava limanına enən iki Çin reysindəki sərnişinlərin təxminən yarısının COVID-19 testlərinin müsbət çıxdığını açıqladı. Bir təyyarədəki 120 sərnişindən 62-si, digər təyyarədəki 92 sərnişindən 35-i müsbət nəticə verib. Müsbət test edənlərin əksəriyyətinin heç bir simptom göstərmədiyi və səlahiyyətlilərin Çindən çıxan yeni korona dalğasından narahat olduğu bildirildi. İtaliyanın səhiyyə naziri Orazio Şillaçi Avropa Komissiyasına məktub yazaraq bütün Avropa ərazilərində oxşar tədbirlərin görülməsinə çağırıb.