"Xankəndi-Laçın yolundakı dinc etiraz aksiyası xalqımızın 44 günlük Vətən müharibəsi günlərində möhkəmlənən həmrəylik nümayişidir".
Bunu QHT.az saytına açıqlamasında ArtMod reklam agentliyinin təsisçisi Xəyalə Mütəllimova Xankəndi-Laçın yolunda 15 gündür davam edən etiraz aksiyasını şərh edərkən deyib.
Onun sözlərinə görə, ekofəalların, ictimaiyyət nümayəndələrinin Xankəndi-Laçın yolundakı aksiyası xalqın nə demək istədiyini açıq şəkildə ehtiva edir. Bu baxımdan, həm ümumxalq aksiyası, digər tərəfdən isə xarici təhlükə qarşısında birlik, həmrəylik nümayişidir.
: "Ekoloqların hərəkatı ilə başlayan, QHT-lərin dəstəyi ilə davam edən aksiya da bir növ o birliyin davamıdır. On beş gündən çoxdur insanlarımız soyuqda, şaxtada ayaq üstədir. Bu, bir əzm göstəricisi və nümayişidir. Qoy, bütün dünya görsün ki, biz bir addım torpağımızı güzəştə getmək, təbii sərvətlərimizin düşmən tərəfindən talan edilməsinə göz yummaq niyyətində deyilik.












