Zəlzələl nəticsəində Hatayda dağılan  yaşayış binasının dağıntıları altından 2 qadın 48 saat sonra xilas edilib.
 

QHT.az xəbər verir ki, Episentri Pazarcık və Elbistan rayonları olan 7,7 və 7,6 bal gücündə zəlzələlərdən sonra Hatay Kışlasaray Məhəlləsi İnönü küçəsində dağılan Vilyam yaşayış binasında axtarış-xilasetmə işləri davam etdirilib.

Axtarış-xilasetmə qrupları və hərbçilər tərəfindən çatılan 52 yaşlı Mona Qazel və 47 yaşlı Necla Melek dağıntılar altından sağ-salamat xilas edilib.
Qazel və Mələk sağlamlıqları yoxlanıldıqdan sonra xəstəxanaya aparılıb.

Qrupların dağıntılar altında xilasetmə işləri davam edir.