Təhlükəsiz olduğunu düşündükləri üçün sığındıqları Baptist Xəstəxanasına İsrail tərəfindən atılan raket nəticəsində ən az 500 fələstinli həyatını itirib. Hücumdan sonra bölgədən gələn xəbərlər qırğının miqyasını ortaya qoydu.

QHT.az xəbər verir ki, İsrail Qəzza zolağına endirdiyi hava zərbələrində xəstəxananı hədəf alıb. Öldürülənlərin əksəriyyəti kişi və uşaqlardır. Əməliyyat otağının tavanı uçub. Cəsəd torbaları tükənib və xəstəxana mərtəbələrini dolduran cəsədlərin başqa materiallarla örtülməsinə ehtiyac var. Qəzza şəhərindəki başqa bir xəstəxananın həkimləri indi xəstələri döşəmədə və ya dəhlizlərdə, çox vaxt narkozsuz əməliyyat edirlər. Yaralıların çoxu tibbi ləvazimat, su və elektrik enerjisinin kəskin çatışmazlığı səbəbindən ölə bilər. Çünki İsrail ötən həftədən Qəzzanı tamamilə mühasirəyə alaraq qida, su, elektrik və yanacağın kəsilməsinə səbəb olub.

 

Pərvanə Fərhadqızı