İsrail HƏMAS-ın mülki infrastruktur altında inşa etdiyi və hərbi məqsədlər üçün istifadə etdiyi tunelləri dağıtmaq istəyir.

QHT.az xəbər verir ki, oktyabrın 7-də HƏMAS-ın ölkəyə hücumundan sonra İsrailin elan etdiyi "Dəmir Qılınclar" hərbi əməliyyatı İsrail ordusunun əvvəlki bütün əməliyyatlarından qat-qat qəddar olacaq. İsrailin dərhal strategiyası Qəzzanın infrastrukturunu məhv etmək, anklav sakinlərini Misir sərhədinə doğru sıxışdırmaq və yeraltı labirintlərini partlatmaqla Həmas-ı təqib etməkdir. Elektrik, kondisioner və s. ilə təchiz olunmuş bu tunellərdə xeyli sayda terrorçu var. Labirintlərə maskalı girişlər evlərin, məscidlərin, məktəblərin və digər ictimai binaların aşağı mərtəbələrində yerləşir və HƏMAS yaraqlılarına adi fələstinlilərin yaşayış yerləri altında gizlənməyə imkan verir. Bu tunellər həmçinin insanların, malların daşınması, raketlərin saxlanması üçün istifadə olunur və oktyabrın 7-də terrorçular tərəfindən oğurlanmış girovların saxlanması üçün nəzərdə tutulub.

 

Pərvanə Fərhadqızı