Avropa İttifaqının maliyyələşdirdiyi "Gələcək üçün peşə təhsili və təlimi" layihəsi çərçivəsində 20 peşə təhsil müəssisənin idarə heyəti və müəllimləri üçün sahibkarlıq üzrə növbəti təlimlər həyata keçirilib.
QHT.az xəbər verir ki, beynəlxalq ekspert Dr. Şahid Qureşi tərəfindən aparılan proqramda iştirakçılar sahibkarlıq düşüncəsinin formalaşdırılması üzrə yeni baxış, innovativ həll yollarının tətbiqi və praktiki biznes üsulları kimi istiqamətləri araşdırdılar, eləcə də biznes üçün resursların qiymətləndirilməsi üzrə məlumat əldə etdilər.
Bu bilgilərin birbaşa tətbiqi üçün peşə təhsil müəssisələrində müsabiqənin keçirilməsi nəzərdə tutulur. Sözügedən fəaliyyətlər, peşə təhsil müəssisələrinə rəqabətcil və alternativ maliyyə mexanizmlərinin tətbiqi üzrə dəstək məqsədi daşıyır.
Pərvanə Fərhadqızı












