Köhnə hava limanı qismən bağlanır, çünki tez-tez uçuşlar zamanı yaranan vibrasiya Angkor Vat məbədi kompleksinin təməllərinə zərər verə bilər. Yeni hava limanına eniş edən ilk uçuş Taylanddan Bangkok Airways oldu və Siem Reap Angkor Beynəlxalq Hava Limanında fəaliyyətə başlayan ilk gündə daha 16 uçuş planlaşdırıldı.
QHT.az xəbər verir ki, hava limanı Anqkor Vatdan təxminən 40 kilometr şərqdə 700 hektar ərazidə 1,1 milyard dollara tikilib. Onun 3600 metr uzunluğunda uçuş-enmə zolağı var. Onun tikintisinə 2020-ci ildə məbəd kompleksindən təxminən 5 kilometr aralıda yerləşən köhnə hava limanının əvəzi kimi başlanılıb. O, qismən tez-tez uçuşlar nəticəsində yaranan vibrasiyaların məbədlərin təməllərinə zərər verə biləcəyi ilə bağlı narahatlıqlar səbəbindən bağlanır.
Yeni hava limanı ildə 7 milyon sərnişinə xidmət göstərə bilər və 2040-cı ildən etibarən trafiki ildə 12 milyon sərnişinə çatdırmağı planlaşdırır. O, Kamboca və Çin arasında 55 illik qur-işlət-təhvil proqramının bir hissəsi kimi tikilib.
Pərvanə Fərhadqızı












