Deputat Vüqar Bayramov Füzuli rayonu Böyük Bəhmənli kəndində bir qrup sakinlər ilə görüşüb.
QHT.az xəbər verir ki, kənddə yenidən qurmağı planlaşdırdıqları Şəhidlər Parkı ilə bağlı müzakirələr aparılıb, hazırlanmış ilkin layihəyə baxılıb və fikir mübadiləsi aparılıb. Vüqar Bayramov bildirib ki, gələn ilin fevral ayından etibarən parkın yenidənqurulmasına başlamaq niyyətindəyir: “Bu məsələdə bütün imkanlarımızı mobilzasiya etməyi qərarlaşdırdıq. Böyük Bəhmənli Azərbaycanda ən çox şəhidi olan kəndlərimizdəndir. Şəhidlərimizi qürurla anırıq”.
Allah bütün şəhidlərimizə rəhmət etsin
Pəvanə Fərhadqızı












