Deputat Vüqar Bayramov Füzuli rayonu Böyük Bəhmənli kəndində bir qrup sakinlər ilə görüşüb.

QHT.az xəbər verir ki, kənddə Rayon İcra Hakimiyyəti ilə birlikdə yenidən qurmağı planlaşdırdıqları Şəhidlər Abidəsi ilə bağlı müzakirələr aparılıb. Hazırlanan ilkin layihəyə baxılıb və fikir mübadiləsi edilib. Deputat qeyd edib ki, abidənin qurulacağı yeri müəyyənləşdirərək gələn həftə işlərə başlamağı planlaşdırır: "Abidənin qurulmasına göstərdiyi dəstəyə görə Azərbaycan Banklar Assosiasiyasına (ABA) bir daha təşəkkürümüzü bildiririk. Xatırladım ki, Böyük Bəhmənli Azərbaycanda ən çox şəhidi olan kəndlərimizdəndir. Şəhidlərimizi qürurla anırıq və hər zaman anacayıq".

Allah bütün şəhidlərimizə rəhmət etsin