Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbərlik etdiyi “Əmək bazarı” işçi qrupunun növbəti iclası keçirilib.
Dünya Bankı Qrupunun (World Bank) “Business Ready” hesabatının “İşçi qüvvəsi” indikatoru ilə bağlı təsdiq edilmiş “Yol xəritəsi” üzrə görülən işlər və qarşıda duran vəzifələr, bu sahədə yeni təşəbbüslər və gözlənilən nəticələr müzakirə olunub.












