20-ci əsr Yunan siyasi tarixinin ən mühüm simalarından biri olan keçmiş kral Konstantin 83 yaşında Afinada vəfat edib. İngiltərə kralı III Çarlzın əmisi oğlu Konstantin 1974-cü ildə keçirilən referendumda kral titulunu itirdi.

QHT.az xəbər verir ki, Yunanıstanın yaxın tarixinin ən mübahisəli simalarından biri olan devrilən Kral Konstantin ötən axşam müalicə olunduğu Afinadakı özəl "İgia" (Sağlamlıq) Xəstəxanasında vəfat edib. Uzun müddətdir səhhətində ciddi problemlər olan və bir müddət əvvəl beyin qanaması ilə reanimasiya şöbəsinə yerləşdirilən 83 yaşlı Konstantinin dəfn mərasimi Yunanıstan hökuməti üçün başağrısı olub.