Xarici işlər naziri Mövlud Çavuşoğlu Afrika turnesi çərçivəsində səfər etdiyi Ruandada Prezident Paul Kagame tərəfindən qəbul edilib.
QHT.az xəbər verir ki, Ruandanın paytaxtı Kiqalidə keçirilən görüşlə bağlı Twitter hesabından açıqlama verən Çavuşoğlu, "Ruanda Prezidenti Paul Kaqame ilə görüşdük və prezidentimiz Rəcəb Tayyib Ərdoğanın salamlarını çatdırdıq" - deyə bildirib.












