Hüquq və İnsan Haqları İnstitutunun Mətbuat və beynəlxalq əlaqələr şöbəsinin müdiri İlqar Ağasiyev və hüquq tədqiqatçısı Araz Abdullasoy noyabrın 14-də Azərbaycan Dövlət Gömrük Komitəsinin Akademiyasında Hüquq və humanitar elmlər fakültəsinin tələbələrinə İnstitutun müasir rəqəmsal təşəbbüsləri haqqında təqdimat ediblər.

QHT.az xəbər verir ki, təqdimatda İnstitutun fəaliyyət sahələri, həyata keçirdiyi təlimlər və tədbirlər, hüquqi maarifləndirmə layihələri, həmçinin virtual kitabxana və kitabxana fondu haqqında ətraflı məlumatlar yer alıb.

Bundan əlavə, tələbələrə İnstitutun saytı (https://lhri.az/az) üzərindən fəaliyyət göstərən Rəqəmsal insan hüquqları resurs xəritəsi, E-lüğət və PASS platforması kimi innovativ alətlər, eyni zamanda “İnsan hüquqlarına giriş” onlayn kursu barədə müfəssəl məlumatlar təqdim olunub. Sonda tədbirdə iştirak edən 55 tələbənin sualları cavablandırılıb və geniş fikir mübadiləsi aparılıb.