Kahramanmaraşdakı zəlzələlərdən sonra Dubayda yaşayan türklər başladıqları yardım kampaniyasında 100 TIR yardım materialı ilə yola çıxdı.
QHT.az xəbər verir ki, Kahramanmaraşda baş verən zəlzələlərdən sonra Dubayda yaşayan türklər xeyriyyə kampaniyasına başlayıb. Türkiyəli iş adamı Haluk Teomanın rəhbərliyi ilə başladılan və Əbu-Dabi Baş Konsulluğunun koordinasiya etdiyi kampaniyada toplanan 100 TIR yardımı Adanada zəlzələ bölgəsinə göndərilib.
Göndərilən yardım materialları arasında qış şəraitinə uyğun çadırlar, qızdırıcılar, uşaq, qadın və kişilər üçün istifadə olunmamış paltarlar, çarpayılar, ədyallar, yataq çantaları, qadın və uşaqlar üçün gigiyena və təmizlik vasitələri, həmçinin ev heyvanları üçün yemlər də olub.












