"Demokratik Azərbaycan Naminə" Gənclərin İctimai Birliyinin (DANİB) sədri Elməddin Behbud müasir Rusiyanın siyasətini, xüsusilə də Ukrayna ilə müharibə haqqında fikirlərini açıqlayıb.

QHT.az həmin açıqlamanı təqdim edir:

"XX əsrin ortalarında faşizm üzərində qələbədə həlledici pay sahibi olan dövlətin siyasi varisi bu gün dünyada faşizmin əsas simasına çevrilib. Artıq 5 - ci  ildir ki, Ukraynaya qarşı təcavüzkar müharibə aparan, onun torpaqlarını işğal edən və minlərlə dinc insanın ölümünə səbəb olan Rusiya sanki 3 - cü Reyxin müasir davamçısıdır. Bugünkü paradı Ukrayna prezidentinin sərəncamından sonra təşkil edə bilən, müharibədə yüz minlərlə itki verən, Ermənistanda faşizmin yeni dalğasının baş qaldırması üçün əlindən gələni edən rəsmi Moskva yəqin ki, 2 gün sonra slavyan qardaşlarını yenidən raket və dronlarla “qonaq” edəcək. Deməli, dünyada nə faşizm tam məğlub olub, nə də faşist düşüncəsinin kökü kəsilib".

Zəhra Ağayeva