ABŞ-da bir naməlum şəxs 11 yaşlı autizmli uşağa onun ifasını eşitdikdən sonra 15 000 dollar dəyərində pianino hədiyyə edib, Complex yazır.

QHT.az xəbər verir ki, Mətbuatın yazdığına görə, Koloradodan Bill Maqnusson keçən il Jude-nin musiqi istedadını yerli xəbərlərdən öyrənib. Kişi oğlanın pianoda ifa etməsinə o qədər heyran oldu ki, məktəbliyə peşəkar musiqi aləti almağa borclu olduğunu hiss etdi. Bill pianonu atasından miras qalan pulla alıb. Maqnusson ayda bir dəfə musiqi alətinı  sazlayacağını və Judeyə fortepiano dərsləri üçün pul ödəyəcəyinə də söz verib.