Sankt-Peterburqda müəllim və bir qrup tələbə müəllimin iş kompüterində yetkinlik yaşına çatmayanların iştirak etdiyi pornoqrafik materialların arxivini tapıblar.

QHT.az  verir ki, həmin şəxs məktəbdən qovulub.Şəkillər 2022-ci ilin yayına aiddir. Məlum olub ki, həmin vaxt gənc oğlan uşaq düşərgəsində məsləhətçi işləyirmiş. Hüquq-mühafizə orqanlarının əməkdaşları pornoqrafik materialların aşkarlanması ilə bağlı araşdırma aparır. Artıq bir qurbanın şəxsiyyəti müəyyən edilib. 6-cı sinif şagirdinin valideynləri qızlarının bu müəllimlə yazışmalarını aşkar edərək, ona “pişik” dediyi üçün əvvəllər məktəbə müraciət etmişdilər. Digər zərərçəkənlərin adları araşdırılır. Şübhəlinin valideynləri və 15 yaşlı qardaşı ilə birlikdə yaşadığı bildirilir. Qonşular ailəni müsbət səciyyələndirirlər. Bundan əvvəl Sevastopolda məktəbli qıza internet vasitəsilə təcavüz edən şəxsin mühakimə olunacağı bildirilib.