“Addım” Gənclərin Təşəbbüsünə Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Regionlarda erkən nikah hallarının azaldılmasına dəstək verilməsi” layihəsini Ağdam rayonunda uğurla davam etdirir.
02.03.2023-cü il tarixində Ağdam rayonunda Əhmədağalı kənd orta məktəbində “Erkən nigah və onun fəsadları” mövzusunda tədbir keçirildi. Tədbirin əsas məqsədi erkən nigah barədə məlumat kampaniyasının aparılması idi. Tədbiri giriş sözü ilə layihə rəhbəri Ş.Dadaşzadə layihənin donoru və icraçı təşkilat haqda məlumat verdi və bildirdi ki, “Ölkəmizdə erkən nikah hallarının azaldılması ilə bağlı müsbət işlər aparılmasına baxmayaraq, erkən nikahlar hələ də bəzi ərazilərdə qalmışdır, bunun isə qızlara, onların ailələrinə və cəmiyyətə mənfi təsirləri vardır. Erkən nikah qanunla müəyyən edilən yaşdan aşağı nikaha daxil olmaqdır və insan hüquqlarının pozulmasıdır..”
Ekspert erkən nigah və onun fəsadları barədə ətraflı məlumat verdi. Qızların erkən nikaha cəlb olunması, onların təhsildən yayınmasına səbəb olur. Araşdırmalar göstərib ki, məktəbdən yayınan şagirdlərin əksər hissəsi erkən nikah qurmuş qızların payına düşür. Beləliklə də, yeniyetmə qızların erkən nikaha daxil olması təhsildən yayınma hallarını artırır və qızların erkən yaşlarından təhsil hüququndan məhrum edilməsinə gətirib çıxarır.
Psixoloq A.İmanova erkən nigahın psixoloji tərəflərindən danışdı .Qeyd etdi ki, erkən nikahlar bir sıra fəsadlara səbəb olur ki, bunlara uşaq hüquqlarının pozulması; ana və uşaq sağlamlığına təsiri; boşanma; təhsil imkanlarının azaldılması; qızların fiziki-psixoloji zorakılığa məruz qalmasını aid etmək olar”
Sonda müzakirələr oldu. Məktəbin təşkilatçısı Y.Məmmədova Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinə və “Addım” Gənclərin Təşəbbüsünə Dəstək İctimai Birliyinə onların ərazisində maarifləndirmə aparıldığına görə təşəkkür etdi. İştirakçılar hamılıqla erkən nigaha yox dedilər.












