İtaliyanın Krotone sahillərində batan miqrant qayığında həyatını itirən 66 immiqrantın tabutları şəhərdəki idman zalına gətirilib.
QHT.az xəbər verir ki, Aralıq dənizində miqrantları xilas etmək üçün fəaliyyət göstərən Alman qeyri-hökumət təşkilatı Sea-Watch International sosial media hesabında paylaşıb: “Krotonedə cəsədləri tapılan 66 nəfər üçün idman zalı cənazə salonuna çevrilib. 2013-cü ildə immiqrant qayığı Lampeduza sahillərində batdıqdan sonra Avropa İttifaqı siyasətçiləri "Bu, bir daha təkrarlanmamalıdır" dedilər. Avropa, bu ölümlərə görə siz məsuliyyət daşıyırsınız.
Xəbərlər
İtaliyada mühacirlərin tabutları ilə dolu idman zalı dəfn salonuna çevrildi - ÖZƏL












