Əlcəzairin müxtəlif şəhərlərində ötən gecə 9-u eyni ailədən olan 17 nəfər dəm qazından zəhərlənərək dünyasını dəyişib.

QHT.az xəbər verir ki, Əlcəzair Dövlət Radiosunun məlumatına görə, Əlcəzair Mülki Müdafiə Rəyasət Heyətinin mətbuat katibi Nesim Bernavi, ötən gecə Mesila şəhərinin Busaadet qəsəbəsində eyni ailədən 9 nəfərin dəm qazından zəhərləndiyini bildirib.

Sözügedən ailə üzvlərini xilas etmək mümkün olmadığını vurğulayan Bernavi, Setif və Mustaqanım şəhərlərində 8 nəfərin dəm qazından zəhərlənərək həyatını itirdiyini qeyd edib.

Yanvarın ilk 10 günündə dəm qazından ölənlərin sayının 20-yə çatdığını bildirən Bernavi, eyni dövrdə zəhərlənən 100 adamın müdaxilələrlə həyata tutuna bildiyini bildirib.

Bernavi əlavə edib ki, ötən il dəm qazından həyatını itirənlərin sayı 103 nəfər olub.