ABŞ-ın Kaliforniya ştatında baş verən şiddətli tufan və sel fəlakəti nəticəsində həyatını itirənlərin sayı 17-yə yüksəlib. Los-Ancelesdə yağışdan sonra yolda baş verən çökmə nəticəsində 2 avtomobil xəndəyə düşüb, sürücülər isə yanğınsöndürənlər tərəfindən xilas edilib.

QHT.az xəbər verir ki, ABŞ-ın Kaliforniya ştatında 3 həftədir təsirli olan şiddətli fırtına həyata mənfi təsir edir.

Kaliforniya Qubernatorluğundan verilən açıqlamada fırtına səbəbiylə can itkisinin 17-yə yüksəldiyi bildirilib. Bildirilib ki, ölüm hallarının çoxu fırtınanın təsiri ilə ağacların insanların üzərinə aşması və nəqliyyat vasitələrinin sel sularına ilişməsi nəticəsində baş verib.

Təxminən 34 milyon insanın daşqın təhlükəsi ilə üzləşdiyi, 200 mindən çox ev və iş yerinin işıqsız qaldığı öyrənilib.

San Luis Obispo bölgəsində anasının maşınının sel sularında qalması nəticəsində itən 5 yaşlı uşağın axtarışlarının davam etdiyi, anasının isə xilas edildiyi bildirilib.