Araşdırma nəticəsində məlum olub ki, 15 min il əvvəl Avropada adamyeyənlik adi dəfn mərasimi olub.

QHT.az xəbər verir ki, elm adamlarının araşdırmaları, təxminən 11-17 min il əvvəl, yuxarı paleolit ​​dövrünün sonundakı Maqdalen dövrünə yönəlib. London Milli Tarix Muzeyinin mütəxəssisləri ədəbiyyatı tədqiq edərək, bu dövrə aid insan qalıqlarının olduğu 59 abidəni müəyyən ediblər. On beşində çeynəmə əlamətləri olan insan qalıqları, kəsik izləri olan kəllə sümükləri və sümük iliyindən qida maddələri çıxarmaq üçün qəsdən sındırılmış sümüklər var idi ki, bu da kannibalizm praktikasını göstərir. Bəzi hallarda insan qalıqlarının heyvan qalıqları ilə qarışdığını göstərən dəlillər də var idi.

Tədqiqatçılar deyirlər ki, insan qalıqlarının ritual manipulyasiyası və onların Şimali və Qərbi Avropanın müxtəlif yerlərində tez-tez baş verməsi, adamyeyənliyin yeməyə əlavə olaraq deyil, dəfn mərasimi olduğunu göstərir.

 

Pərvanə Fərhadqızı