Sumqayıt şəhəri 21 saylı orta məktəbində aşağı  sinif şagirdlərinə “Qida təhlukəsizliyinin uşaqların sağlamlığında rolu” mövzusunda fakultativ məşğələ  keçirilib.

Potensial Sumqayıt Mütəxəssislər Birliyi Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə icra etdiyi Sumqayıt şəhərində “Qida təhlukəsizliyi hər bir kəsin işidir” mövzusunda maarifləndirmə tədbirlərin təşkili layihəsi çərçivəsində uşaqlarda sağlam həyat tərzinin və mədəniyyətinin formalaşmasına xidmət edən fakultativ məşgələ keçilmişdir. Qeyd edək ki, bu layihənin əsas məqsədi Sumqayıt şəhərində və ətraf qəsəbələrdə yaşayan əhaliyə və orta ümümtəhsil məktəblərinin  yuxarı sinif şagirdlərinə qida təhlukəsizliyi, ona qoyulan tələblər, qaydalar, nəzarət mexanizmi, məsuliyyət, təhlukəli qida məhsullarının sağlamlığa vurduğu ziyan, təhlukəsiz qida məhsulları, ümumilikdə ərazaq təhlukəsizliyinin cəmiyyətin inkişafını, gələcək nəsillərin sağlamlığını, iqtisadi inkişafinı təmin edən maarifləndirmə işinin təşkilidir. 
 

Layihə çərçivəsində  aşağı  sinif şagirdlərinə Qida təhlukəsizliyinin uşaqların sağlamlığında rolu və sağlam həyat tərzi ilə  bağlı fakultativ məşğələ oktyabr  ayının  07-də Sumqayıt şəhər 21 saylı orta məktəbində  təşkil edildi. Fakultativ məşğələni  Birliyin təlimçisi Rauf Əliyev aparırdı. Məktəbin aşağı  sinif şagirdlərindən 28 nəfər təlimdə iştirak edirdi.
 

Fakultətiv məşğələdə qida təhlukəsizliyi,  qida təhlukəsizliyi qaydaları,  qida mənşəli xəstəliklər, sağlam qidalanmanın təşviqi, təhlukəsiz qida məhsulları, qida mənşəli zəhərlənmələr, təhlukəli qida məhsullarının sağlamlığa təsiri və s. kimi mövzularında interaktiv müzakirə aparıldı. Müzakirə olunan məsələlər, qida təhlukəsizliyi ilə  bağlı  keçirilən məşğələ iştirakçıların böyük marağına səbəb oldu.  
 

Təlim interaktiv metodla keçirildi və hər bir iştirakçı müzakirələrdə fəal iştirak edərək düşüncələrini, qida təhlukəsizliyi və sağlam həyat tərzi ilə ilə bağlı bilgilərini və rəylərini sərbəst ifadə edirdilər. Hər bir iştirakçını maraqlandıran suallara dolğun cavab verilirdi. Təlimin işi anket sorğusu vasitəsi ilə qiymətləndirildi. Təlimin sonunda iştirakçılara mövzu ilə bağlı sənədlər toplusu təqdim edildi. 
 

Bu tədbirlərin orta ümumtəhsil müəsissələrinin aşağı sinif şagirdləri arasında aparılması daha məqsədəuyğun hesab edilir. Beləki, qida təhlukəsizliyi və sağlam həyat tərzini ilə bağlı qaydaların öyrənilməsi uşaqlarda sağlam yaşayış mühiti yaradır, onların sağlamlıqları üçün təhlükə yaranmır və hər cür xarici təsir amillərindən özlərini qoruya bilirlər. 
 

Uşaqların sağlamlığının qorunması cəmiyyətdə böyük ictimai əhəmiyyət kəsb edir. Beləki, biz necə uşaqları böyütsək, eləcə də onlar gələcəkdə cəmiyyəti formalaşdıracaq və sosial əhəmiyyət kəsb edəcəkdir. Uzun illərdir orta umumtəhsil məktəblərində aparılan ekoloji mədəniyyət, sağlam həyat tərzi və sanitariya mədəniyyəti ilə bağlı aparılan maariflənmə tədbirləri zamanı müəyən edilmişdir ki, belə tədbirlərin uzun zaman aparılmasına cəmiyyətdə ehtiyyac vardır.  Ona görə də uşaqların sağlamlığının qorunmasında və möhkəmlənməsində zəruri şərt kimi qida təhlukəsizliyi, sağlam həyat tərzinin və sanitar-gigiyenik mədəniyyətin təbliği mühüm əhəmiyyət kəsb edir. Çünki, bu çox hallarda uşaqların sağlamlığının pozulması və bir sıra xəstəliklərin yaranması uşaqların düzgün qidalardan istifadə etməməsi, sağlam həyat tərzi  qaydalarını və sanitar-gigenik normaları kifayət qədər bilməməsi səbəbindən baş verir.
        
Pоtеnsial Sumqayıt Mütəхəssislər Birliyi 1998-ci ildə yaradılmış, 27 may 2000-ci ildə müstəqil qеyri-hökumət təşkilatı kimi rəsmi dövlət qеydiyyatına alınmışdır. Birlik 1999-cu ildən beynəlxalq təşkilatlarla əməkdaşlığa başlamış və onların dəstəyi ilə Sumqayıt şəhəri və ölkənin digər regionlarında 36 layihə icra etmişdir.  Təşkilatın sədri Sahib Fərzəliyevdir.